Rusiya ilk dəfə Hindistanın ən böyük 5 ticarət tərəfdaşı siyahısına daxil olub
Rusiya ilk dəfə Hindistanın ən böyük beş ticarət tərəfdaşı siyahısına daxil olub. İki ölkə arasında ticarət dövriyyəsi 39,8 milyard dollar təşkil edərək rekord həddə çatıb.
Marja xəbər verir ki, Hindistan Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, 2022-ci ilin aprelində başlayan və 2023-cü ilin martında başa çatacaq maliyyə ilinin on ayının nəticələrinə əsasən, Rusiya Hindistanın əsas ticarət tərəfdaşları siyahısında beşinci yerdədir.
Əvvəlki maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martına qədər) Rusiya 25-ci yerdə idi.
Rusiyanın mövqesinin yaxşılaşması iki ölkə arasında ticarət dövriyyəsinin kəskin artması ilə bağlı olub: əgər ötən maliyyə ilində bu, cəmi 13,1 milyard dollar idisə, cari maliyyə ilinin on ayında (2022-ci ilin aprelindən 2023-cü ilin yanvarına kimi) 39,8 milyard dollara çatıb. Eyni zamanda Hindistan bu müddət ərzində Rusiyaya 2,5 milyard dollarlıq mal ixrac edib, 37,3 milyard dollarlıq məhsul idxal edib. Nəticədə Hindistanın ticarət kəsiri 34,8 milyard dollar təşkil edib.
Bu maliyyə ilində Hindistanın ən böyük ticarət tərəfdaşları 108,4 milyard dollar ticarət dövriyyəsi ilə ABŞ, Çin (95,9 milyard dollar), Birləşmiş Ərəb Əmirlikləri (70,2 milyard dollar) və Səudiyyə Ərəbistanı (44,3 milyard dollar) olub. Eyni zamanda, Hindistanın ABŞ-dan başqa bütün əsas tərəfdaşları ilə ticarət kəsiri var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
13 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
19 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























