Rusiyanın cari əməliyyatlar hesabının profisiti 65,9 faiz azalıb
2023-cü ilin ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının tədiyə balansının cari əməliyyatlar hesabı balansının müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,9% azalaraq 12,9 milyard dollar təşkil edib.
Bu barədə Marja.az Rusiya Mərkəzi Bankının ilkin məlumatlarına istinadən xəbər verir.
"İlkin hesablamalarına görə, 2023-cü ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının tədiyə balansının cari hesabının profisiti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 65,9% azalaraq 12,9 milyard dollar təşkil edib", - tənzimləyicinin məlumatında deyilir.
2022-ci ilin yanvar-fevral aylarında Rusiya Federasiyasının tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 37,7 milyard dollar təşkil etmişdi.
Yanvar-fevral aylarında Rusiyanın xarici ticarət profisiti 2,8 dəfə azalıb
Yanvar-fevral aylarında Rusiyanın xarici ticarətinin müsbət saldosu illik ifadədə 2,8 dəfə azalaraq 15,3 milyard dollar təşkil edib.
"Malların və xidmətlərin müsbət saldosunun əhəmiyyətli dərəcədə azalması Rusiyanın əsas ixrac malları üzrə tədarüklərin fiziki həcminin və dünya qiymətlərinin azalması fonunda malların ixracının dəyərinin azalması ilə əlaqədardır", - Rusiya Mərkəzi Bankı qeyd edib.
2022-ci ilin yanvar-fevral aylarında Rusiyanın xarici ticarət profisiti 43,5 milyard dollar səviyyəsində olmuşdu.
Rusiyanın beynəlxalq ehtiyatları azalıb
Mərkəzi Bankın materiallarına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları fevralın 24-dən martın 3-dək 0,4% azalaraq 578,4 milyard dollara düüşb.
“Beynəlxalq ehtiyatların həcmi mənfi yenidən qiymətləndirmə, eləcə də fiskal qayda ilə aparılan əməliyyatlar nəticəsində bir həftə ərzində 2,3 milyard ABŞ dolları və ya 0,4% azalaraq martın 3-nə 578,4 milyard ABŞ dolları təşkil edib”, - deyə məlumatda bildirilir.
Fevralın 24-də bu rəqəm 580,7 milyard dollar səviyyəsində olub.
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları (qızıl və valyuta) Rusiya Mərkəzi Bankının və hökumətin sərəncamında olan yüksək likvidli aktivlərdir.
2022-ci ildə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 8,4% azalıb və bu il yanvarın 1-nə 577,5 milyard dollar təşkil edib. Ölkənin beynəlxalq ehtiyatları 18 fevral 2022-ci il tarixində 643,2 milyard dollara çatmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























